İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ energetika naziri Ərəb ölkələrinə gedir

ABŞ-ın energetika naziri Kris Rayt bu gündən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərə iki həftəlik səfərə çıxır.

Musavat.com "Reuters"ə istinadən xəbər verir ki, səfər münasibətlərin qurulmasına, neft bazarındakı vəziyyətə və ABŞ-dakı sərmayələrə həsr olunacaq.

Agentliyin yazdığına görə, tur ABŞ prezidenti Donald Trampın bu ölkələrə ehtimal ki, mayın ortalarında baş tutacaq rəsmi səfərinə hazırlıq məqsədi daşıyır.

Nazirin regiona səfəri ABŞ liderinin ABŞ və İranın Tehranın nüvə proqramına dair birbaşa danışıqlar apardıqlarına dair, eləcə də son dörd ilin ən aşağı həddinə düşən qlobal neft qiymətləri ilə bağlı açıqlamaları ilə bir vaxta təsadüf edir.

Agentlik xəbər verir ki, Energetika Nazirliyinin rəhbəri səfərinə BƏƏ-dən başlayacaq, həftəsonu Səudiyyə Ərəbistanına, daha sonra isə Qətərə səfər edəcək və burada bu ölkələrin bəzilərinin rəhbərləri ilə görüşəcək. Rayt həmçinin neft və qaz yataqlarına və atom elektrik stansiyalarına baş çəkəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR