Onlayn ictimai-siyasi qəzet
Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın elan etdiyi ticarət müharibəsi ilə əlaqədar bu gün ölkədə fövqəladə iqtisadi vəziyyət elan edəcəyini bildirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bunu "Venezolana de Televisión" telekanalında "Maduro Plus ilə" proqramında açıqlayıb:
"Sabah mən Venesuela iqtisadiyyatını qorumaq üçün iqtisadi fövqəladə vəziyyət haqqında konstitusiya fərmanı imzalayacağam".
Maduro hesab edir ki, “ABŞ hökuməti qlobal iqtisadi qaydaları pozur, beynəlxalq ticarət-iqtisadi hüququ və Ümumdünya Ticarət Təşkilatını məhv edir”. O qeyd edib ki, “maliyyə bazarlarının çökməsi bütün dünyaya, xüsusən də Amerika xalqına təsir edib”.
Maduro bildirib ki, Venesuela "ölkəni bütün mümkün mənfi nəticələrdən qorumaq və qlobal iqtisadi müharibəyə cavab vermək üçün ticarət müharibəsinin mənfi nəticələrini yaxından izləyir".
Musavat.com
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ