İnsanlara hürriyət, millətlərə istiqlal!

Ali Məhkəmədən gözlənilməz qərar: Bu qadağa LƏĞV EDİLDİ

ABŞ Ali Məhkəməsi Amerika administrasiyasının tələbini təmin edərək aşağı instansiya məhkəməsinin miqrantların kütləvi deportasiyasına qoyduğu qadağanı ləğv edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, müvafiq qərar məhkəmənin saytında dərc olunub.

Məhkəmənin beş üzvü qadağanın aradan qaldırılmasına, dördü isə əleyhinə səs verib. Qərarla aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayan apellyasiya məhkəməsinin qərarı ləğv edilib. Ali

Məhkəmə həmçinin icra hakimiyyətinə miqrantlara ölkəni tərk etməzdən əvvəl onların çıxarılmasına məhkəmədə etiraz etmələri üçün “ağlabatan vaxt” verməyi tapşırıb. Bundan əlavə, Ali Məhkəmə qeyd edib ki, müvafiq məhkəmə prosesləri Vaşinqtonda deyil, miqrantların saxlandığı Texasda keçirilməlidir.

Donald Tramp Ali Məhkəmənin qərarına Truth şəbəkə hesabından münasibət bildirib: “Ali Məhkəmə ölkəmizdə qanunun aliliyini dəstəklədi, prezidentə, kim olursa olsun, sərhədlərimizi qorumağa, ailələrimizi qorumağa və ölkəmizi qorumağa icazə verdi. Amerikada ədalət üçün nə gözəl gündür"!

Qeyd edək ki, bundan əvvəl Kolumbiya dairəsinin hakimi 1798-ci il Xarici Düşmənlər Aktı ilə ABŞ-dan miqrantların kütləvi surətdə deportasiyasının müvəqqəti dayandırılması, onun tətbiqinin hüquqi əsasları müəyyən edilənə qədər bütün deportasiya qərarlarının icrasını ləğv etmişdi. ABC News-un məlumatına görə, administrasiya sonuncu tələbə məhəl qoymayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR