İnsanlara hürriyət, millətlərə istiqlal!

Madər Musayev dəfn edilib - YENİLƏNİB

Bu gün vəfat etmiş deputat Madər Musayev dəfn edilib.

Musavat.com xəbər verir ki, mərhum Bakının Binəqədi rayonunda kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

Bu gün 75 yaşında dünyasını dəyişən deputat Madər Musayevlə vida mərasimi keçirilir.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə millət vəkilləri, məmurlar və digər dövlət rəsmiləri iştirak edirlər.

Qeyd edək ki, Madər Musayev bir müddət davam edən xəstəlikdən sonra vəfat edib.

Xatırladaq ki, M. Musayev XII çağırış Azərbaycan Ali Sovetinin və Azərbaycan Milli Məclisinin bütün çağırışlarında deputat seçilib. O, bununla da ümumilikdə 7 dəfə seçilən yeganə millət vəkili olub.





ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR