İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada Moskvaya işlədiyi güman olunan diversantlar saxlanılıb

Berlində Rusiyanın göstərişi ilə təşkil oluna biləcək bir sıra vandalizm aktlarında şübhəli bilinən 4 nəfər saxlanılıb.

Musavat.com Deutsche Welle portalına istinadla xəbər verir ki, müstəntiqlərin fikrincə, avtomobillərə dəyən ziyan Bundestaq seçkiləri öncəsi Yaşıllar partiyasını gözdən salmaq üçün keçirilən əməliyyatın bir hissəsi ola bilərdi.

Bildirilir ki, hücuma hazırlaşmaqda iddia edilənlər Almaniya, Serbiya və Bosniya-Herseqovina vətəndaşlarıdır. Onlar avtomobilin egzoz sistemlərini zədələmək üçün tikinti köpüyündən istifadə ediblər. 2024-cü ilin dekabrından bu yana 270-ə yaxın avtomobil oxşar şəkildə sıradan çıxarılıb.

Saxlanılanlardan biri bildirib ki, onlara Rusiya vətəndaşı nəzarət edir və o, mobil proqram vasitəsilə göstərişlər ötürür. Onun sözlərinə görə, iştirakçılara hər zədələnmiş avtomobil üçün 100 avro ödənilib, həmçinin başlanğıc kapital kimi bir neçə min avro ayrılıb.

İstintaq bu hərəkətlərin 2025-ci il fevralın 23-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri öncəsi Yaşıllar partiyasını nüfuzdan salmaq kampaniyasının bir hissəsi olduğu nəzəriyyəsini nəzərdən keçirir. Zədələnmiş avtomobillərin çoxunda Yaşıllar partiyasının namizədi Robert Habekin təsviri və “Yaşıl olun!” şüarı olan stikerlər var idi.

Əvvəlcə polis bunun arxasında ekoloji fəalların olduğuna inansa da, sorğu-suallardan sonra versiya dəyişib. Almaniyanın xarici işlər naziri Annalena Barbok deyib ki, hadisələrin arxasında Avropada demokratiyanı sabitsizləşdirməyə çalışan Kreml dayana bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR