Onlayn ictimai-siyasi qəzet
Müğənni Təranə Qumralın ifaçı qızı Qumral Musayeva uğursuz plastik prosedurun qurbanı olub.
Axşam.az xəbər verir ki, bu haqda o, "Həmin Zaur" verilişində deyib. Qumral bildirib ki, kosmetoloq onun üzünə vitamin əvəzinə botoks vurub və üzü donmağa başlayıb:
"Uğursuz prosedur olub. Üzüm botokslanıb, donub. Bilməmişəm ki, belə bir şey edilib. Deməmişəm ki, bunu mənə edin. Başqa bir prosedur üçün getmişdim, vitaminin içərisinə botoks qatıblar. Uzanıb, durdum, 3 gündən sonra gördüm üzüm donub.
Həkimi şikayət etdim, amma o da gedib məndən şikayət verib. Sonra danışıb yoluna qoyduq".
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ