İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan USAID-ə zərbə: kütləvi ixtisarlar


Amerika prezidenti Donald Trampın administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) işçilərini hazırda orada çalışan 10 min nəfərə qarşı 294 nəfərə qədər azaltmaq niyyətindədir.

Musavat.com bildirir ki, bu barədə “Reuters” Ağ Evin planları ilə tanış olan dörd mənbəyə istinadən məlumat yayıb.

İxtisarlar işçilərin 97%-nə təsir edəcək. Beləliklə, USAİD-in Afrika bürosunda cəmi 12 nəfər, Asiya bürosunda isə səkkiz nəfər öz işini saxlayacaq, həmsöhbətlər nəşrə bildiriblər.

USAİD-in keçmiş rəhbəri Con Brayan Atvud (1993-1999) “Bu, hədsizdir” deyib. Onun fikrincə, işçilərin kütləvi şəkildə ixtisar edilməsi agentliyi faktiki olaraq məhv edəcək.

Konqresin Tədqiqat Xidmətinin məlumatına görə, USAID-in 10 000 əməkdaşının üçdə ikisi hazırda ABŞ-dan kənarda işləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR