İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden administrasiyası meymunların cinsini dəyişdirmək üçün 10 milyon dollar xərcləyib

ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin administrasiyası transgender meymunlar, siçanlar və siçovulların yaradılması və tədqiqi üçün vergi ödəyicilərindən 10 milyon dollar xərcləyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Cənubi Karolinadan olan üzvü, respublikaçı Nensi Meys məlumat verib.

“Keçən il vergi ödəyiciləri üçün 10 milyon dollardan çox pul transgender meymunların, siçanların və siçovulların yaradılmasına xərclənib. Bu DEI qrantları ölkə daxilindəki universitetlərdə heyvanlarda invaziv cərrahiyyə və hormon terapiyası sahəsində ağrılı və ölümcül transseksual təcrübələrin aparılmasına yönəldilib”, - N.Meys bildirib.

Millət vəkili əlavə edib ki, Bayden-Harris administrasiyası transseksual siçanların reproduktiv qabiliyyətlərinin öyrənilməsinə 2,5 milyon dollar xərcləyib.

Bundan əlavə, əvvəlki administrasiya bu cür heyvanların "dərmanların həddindən artıq dozasına" və "HİV-ə yoluxmaq" qabiliyyətinə dair tədqiqatları da maliyyələşdirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR