Onlayn ictimai-siyasi qəzet
"AZƏR-ŞƏRAB-İ" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) 452 min manat vergi borcu var.
Musavat.com xəbər verir ki, MMC uzun müddətdir vergiyə olan borcunu ödəmir.
Qanuni təmsilçisi İsmayıl Səfərov olan MMC-nin nizamnamə kapitalı 20 manat olaraq göstərilir. Xaçmaz rayonunun Xudat şəhərində yerləşən MMC alkoqollu içki istehsalı ilə məşğuldur.
Xatırladaq ki, MMC karantin dövründə də cərimələnmişdi.
"AZƏR-ŞƏRAB-İ" İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə protokol tərtib olunaraq 400 manat məbləğində cərimə olunmuşdu.
MMC həmçinin dəfələrlə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını təqdim etməməyə görə maliyyə sanksiyaları ilə də üzləşib.
İ.Muradov
Musavat.com
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ