İnsanlara hürriyət, millətlərə istiqlal!

Luvrun oğurluğunda şübhəli şəxs Paris hava limanında tutuldu

Fransanın hüquq-mühafizə orqanları Luvr muzeyindəki oğurluq işi ilə bağlı əsas şübhəlini saxlayıblar.

Musavat.com xəbər verir ki, Franceinfo-nun məlumatına görə, həmin şəxs Paris yaxınlığındakı Roassi–Şarl de Qoll hava limanında ələ keçirilib.

Hazırda istintaq orqanları onun muzeydən itən eksponatlarla əlaqəsini araşdırır. Hadisənin detalları açıqlanmır, lakin mənbələrə görə, saxlanılan şəxs Fransanı tərk etməyə çalışarkən tutulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR