İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Rusiyanın Ermənistanla ticarət tranzitinə icazə verib- Overçuk

Azərbaycan Rusiya məhsullarının Ermənistan istiqamətində tranzitinə razılıq verib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bəyanat yayıb.

Onun sözlərinə görə, iki gün öncə Azərbaycan rəsmən təsdiqləyib ki, Rusiya istehsalı olan malların dəmir yolu vasitəsilə ölkə ərazisindən keçərək Ermənistana daşınmasına icazə verilib.

Overçuk qeyd edib ki, bu qərardan sonra “çox maraqlı irəliləyişlər” müşahidə olunur və tərəflər arasında iqtisadi əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaranıb.

Qeyd edək ki, bu addım regionda kommunikasiya xətlərinin açılması və ticarət əlaqələrinin normallaşması baxımından mühüm mərhələ hesab olunur. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Oktyabr 2025

26 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR