Onlayn ictimai-siyasi qəzet
Bu gün müğənni Günel Zeynalovanın ad günüdür.
İfaçı 40 yaşını qeyd etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanıb. Günel Dubayda çəkdirdiyi fotoya bunları yazıb:
"Hisslərin, insanların da dəyişə biləcəyini, səhvlərin bəzən həqiqətlərə apardığını öyrəndim. Ailənin dəyəri balaca olanda bilinməsə də, indi bunu ürəyimin ən dərin yerində hiss edirəm. Yaşadığım hər gözəl anıma, aldığım hər nəfəsə, işığıma, səsimə, istedadıma, ruhuma mənə özümü xatırlatdığı üçün minnətdaram.
Keçmişi bağışladım, artıq gələcəyə tələsmirəm. Çünki hər şeyin vaxtında gəldiyini bilirəm. İndi yalnız ruhum üçün yaxşı olanlarla irəliləyirəm. Gedənlərə də minnətdaram, çünki onlar da mənə özümü xatırlatdılar. Bu il ruhumu eşitdim. Cavablar aldım, sükutda məna tapdım. Oyandım və xatırlamağa başladım. Bu il çox gözəlləşdim, işıqlarımla parlayıram və çox gülümsəyirəm. Əvvəllər arzular edirdim, indi minnətdaram. Artıq kainatdan kömək istəmirəm. Çünki mən artıq kainatın cavabıyam.
Hər sükutda bir mesaj, hər göz yaşımda bir yenidən doğuş var idi. İndi daha sadəyəm, amma bir o qədər də dərinəm. Artıq zamanın ardınca düşmürəm. Onunla rəqs edirəm. Bu yaşı qeyd etmək yoxdur, sadəcə bir təşəkkür var. Özümə, dözümlülüyümə və bütün "yaxşı ki"lərimə təşəkkür edirəm". (Axşam.az)

27 Oktyabr 2025
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ