İnsanlara hürriyət, millətlərə istiqlal!

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Salyanda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.

"Report"un Aran bürosunun məlimatına görə, hadisə Ələt-Astara magistral yolunun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Sadıqova Xədicə Ağakərim qızının idarə etdiyi "Changan" markalı avtomobil KİA markalı avtomobillə toqquşub.

Qəza nəticəsində "Changan"ın sürücüsü, habelə digər avtomobildə olan şəxslər - Salyan rayon sakinləri; 1999-cu il təvəllüdlü Alxanov Babək Əlifağa oğlu, 1989-cu il təvəllüdlü Mayılov Şamxal Ələsgər oğlu, 1986-cı il təvəllüdlü Bayramov Saməddin Əlişal oğlu və 1997-ci il təvəllüdlü Bayramov Mahir Qalib oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR