Onlayn ictimai-siyasi qəzet
Pakistan müdafiə naziri Xavadja Asif bildirib ki, Əfqanıstanla tərəflər İstanbulda aparılan danışıqlarda razılığa gələ bilməsələr, İslamabad “açıq müharibə”ni başlatmağa hazırdır.
Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, Pakistan hələ də münaqişənin sülh yolu ilə həllinə ümid edir və Kabul tərəfinin də oxşar niyyətini müşahidə edir.
Pakistan və Əfqanıstan nümayəndələri arasındakı danışıqlar 25 oktyabrda İstanbulda başlayıb. Görüşün əsas məqsədi uzunmüddətli atəşkəs rejimini təmin edəcək mexanizmin hazırlanmasıdır. Asif qeyd edib ki, razılaşma bağlandıqdan sonra ilk dörd-beş gün ərzində heç bir tərəf atəşkəsi pozmayıb.
Bununla belə, müdafiə naziri xəbərdarlıq edib ki, danışıqlar nəticə verməzsə və sülh mexanizmi təmin olunmazsa, Pakistan zəruri addımlar atmaq niyyətindədir — o cümlədən hərbi əməliyyatlara başlamaq.
Musavat.com
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ