Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Ermənistanda baş verən hadisələrlə bağlı açıqlama verib.
Musavat.com-un məlumatına görə o bildirib ki, Ermənistandakı vəziyyət, ilk növbədə, ölkənin daxili işləridir və Moskva bu məsələlərə qarışmaq niyyətində deyil.
Bununla belə, Lavrov ölkədə kilsəyə qarşı edilən hücumların və təzyiqlərin Rusiyada ciddi narahatlıq doğurduğunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, dini məkanlara qarşı yönəlmiş hər hansı aqressiya həm cəmiyyətdə parçalanmanı dərinləşdirir, həm də regionda vəziyyəti daha da gərginləşdirə bilər.
“Biz hesab edirik ki, bütün mübahisələr hüquq çərçivəsində həll olunmalıdır. Kilsəyə edilən hücumlar qəbuledilməzdir və Ermənistan cəmiyyətinin birliyinə təhlükə yaradır,” – deyə Lavrov qeyd edib.
Nazir əlavə edib ki, Rusiya Federasiyası Ermənistanın daxili sabitliyinin və siyasi münaqişələrin tez bir zamanda həll olunmasının tərəfdarıdır. Moskva regionda sülhün və təhlükəsizliyin qorunması naminə konstruktiv dialoqa dəstək verməyə hazır olduğunu bəyan edib.
Musavat.com
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ