Onlayn ictimai-siyasi qəzet
“Moskva Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanmasının və kommunikasiyaların açılmasının tərəfdarıdır”.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Biz sülh müqaviləsinin tezliklə bağlanmasının tərəfdarıyıq. Ermənistanın Sünik (Zəngəzur) bölgəsindən keçən kommunikasiyalara gəlincə, təəssüf ki, baş nazir Nikol Paşinyan tərəfindən imzalanan sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Belə bir mövqenin məqsədinin nə olduğunu anlamaq çətindir. Üçtərəfli görüşlər və sənədlər çərçivəsində qoyulan təməl tam olaraq aktuallığını qoruyur”, - deyə Lavrov bildirib.
Afaq,
Musavat.com
11 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ