Onlayn ictimai-siyasi qəzet
Otuz ilə yaxın işğal altında qalan, düşmənin viran qoyduğu Laçın indi azad nəfəs alır, yenidən qurulur, dirçəlir.
Musavat.com-un Qərb bürosunun əməkdaşlarının verdiyi məlumata görə, Laçında aparılan işlər sürətlə davam etdirilir, rayona köçürülən sakinlərin əmək fəaliyyəti üçün işlər görülür.
Qeyd edək ki, Laçın şəhərinə indiyədək 315 ailə, yəni 1205 nəfər köçüb. Bu ay Laçına daha 75 ailənin qayıtması gözlənilir. Zabux kəndinə 94 nəfərlik 21 ailə geri dönüb. Ümumilikdə Laçın rayon ərazisinə 336 ailə, yəni 1299 nəfər köçürülüb.
Musavat.com Laçından eksklüziv görüntüləri təqdim edir:
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ