İnsanlara hürriyət, millətlərə istiqlal!

Kişi qeyri-rəsmi yaşadığı qadınla baldızını bıçaqladı

Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis bölməsinə şəhər sakini 1993-cü il təvəllüdlü Gülnarə İsmayılovanın baş və sol bilək nahiyələrinin kəsilmiş-deşilmiş və 2002-ci Pərvanə İsmayılovanın isə bilək nahiyəsindən kəsilmiş yaraları alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan şəxslərə xəsarət yetirməkdə şübhəli bilinən, 1981-ci il tədbirləri Vüsal Rzayev saxlanılıb:

“Araşdırmalar zamanı məlum olub, şübhəli şəxs qeyri-rəsmi yaşadığı G.İsmayılova ilə şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncuya bıçaqla xəsarət yetirib, bu zaman onları aralamaq istəyən P.İsmayılova da xəsarət alıb”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR