İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu qidalar orqanizmi toksinlərdən təmizləyir

“Qidaların orqanizmi təmizləmək xüsusiyyətləri, əsasən, bədənə daxil olan zərərli maddələrin (toksinlərin) çıxarılmasına və bədən sistemlərinin düzgün işləməsinə kömək edən təbii prosesləri stimullaşdırmaqla əlaqəlidir”.

Musavat.com xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”un “Sağlam səhər” verilişində qonaq olan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroentereoloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, müəyyən qidalar orqanizmin detoksikasiya prosesini gücləndirir:

“Lifli qidalar, meyvə, tərəvəz, tam taxıl və paxlalılar orqanizmdən toksinlərin və tullantıların çıxarılmasını sürətləndirir. Liflər bağırsaq hərəkətlərini yaxşılaşdırır və toksinlərin qısa zamanda xaric olunmasına kömək edir. Su və tərkibində çox miqdarda su saxlayan qidalar (xiyar, qarpız və s.) böyrəklərin işləməsini stimullaşdırır və sidik vasitəsilə toksinlərin xaric olunmasını asanlaşdırır. Su, həmçinin dərini və qan dövranını təmizləyir. Antioksidantlarla zəngin qidalar, meyvə və tərəvəzlərdə olan C və E vitaminləri bədəndə sərbəst radikalları zərərsizləşdirir. Bu maddələr hüceyrələrin zədələnməsinin qarşısını alır və orqanizmi zərərli təsirlərdən qoruyur, orqanizmin qocalma prosesinin qarşısını alır”.

Mütəxəssis-ekspert qeyd edib ki, yaşıl yarpaqlı tərəvəzlər, spinat, kələm və digərləri qaraciyərin ferment fəaliyyətini artıraraq, toksinlərin parçalanmasına və zərərsizləşdirilməsinə kömək edir:

“Çayın tərkibindəki katexinlər qaraciyərin fəaliyyətini stimullaşdıraraq, toksinlərin xaric olunmasına kömək edir və şiş əlehinə təsirə malikdir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR