Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında Rusiyaya ballistik raketlərin verilməsini təkzib edib.
O deyib ki, İran Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləmir. O, həmçinin müharibə məsələlərində Qərblə danışıqlara hazır olduğunu bildirib.
Pezeşkian qeyd edib ki, o, 2024-cü il iyulun 30-da vəzifəyə başladıqdan sonra Rusiyaya heç bir raket tədarükü olmayıb.
Musavat.com bildirir ki, Pezeşkianın bu açıqlaması Rusiya-İran münasibətləri konteksindən yanaşsaq, sensasion açıqlama hesab oluna bilər.
@@TVmusavat/96347@@
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ