Onlayn ictimai-siyasi qəzet
Şri-Lankada keçirilən prezident seçkilərində solçu “Milli xalq gücü” alyansının namizədi Anura Kumara Dissanayake qalib gəlib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ölkənin yeni rəhbərinin qarşısında çətin vəzifə durur: onsuz da kasıb olan ada dövlətini iqtisadi böhrandan çıxarmaq. O, bu vəzifəni icra etmək üçün böyük rəğbət bəslədiyi Karl Marksın əsərlərindən ilham ala bilər. Ancaq o, seçkilər ərəfəsində radikal solçu fikirlərdən əl çəkməyə başlamışdı.
İkinci turda Dissanayake səslərin 56%-ni qazanıb. Onun rəqibi Sacit Premadasa məğlubiyyətini etiraf etmək məcburiyyətində qalıb. Dissanayake birinci turdan sonra favorit olub: o, birinci turda səslərin 42,3%-ni, Premadasa isə cəmi 32,7%-ni toplayıb.
Bütövlükdə, Şri-Lanka vətəndaşları seçkilərin vacibliyinə inanıblar, seçici fəallığı yüksək olub: 79,4%. Seçki yarışında ölkənin hazırkı lideri Ranil Vikramasinqe də iştirak edib. Onun lehinə seçicilərin cəmi 17,2%-i səs verib. O, varisinə uğurlu rəhbərlik üçün xeyir-dua verib.
İndi Dissanayakenin şansı kimi, bacarığı da çox lazım olacaq. Seçki qalibinin özü açılış nitqində vurğulayıb ki, ondan çox şey asılı deyil: o, başqaları kimi səhvlərdən nəticə çıxarmağa və uğur qazanmağa çalışan sadə bir insandır.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ