İnsanlara hürriyət, millətlərə istiqlal!

Keşiş Baqrat DİRİLDİ - İLGİNC DETALLAR

“Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın eks-prezidentləri Robert Köçəryan və Serj Sarkisyanla görüşüb. Onun Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşü isə hələ ki, mümkün olmayıb.

Musavat.com “Sputnik Armenia” saytına istinadən xəbər verir ki, revanşist keşişin Levon Ter-Petrosyanla görüşü sonuncunun dəftərxanasının təqdim etdiyi üzrlü səbəblərə görə baş tutmayıb.

Məlumata əsasən, Baqrat Qalstanyan keçmiş qondarma “dqr”in siyasi qüvvələri ilə də görüş keçirib.

Xatırladaq ki, Ermənistanda etiraz aksiyaları aprelin 19-da İrəvanla Bakı arasında Tavuşla sərhədin delimitasiyasına başlanması ilə bağlı əldə olunan razılaşmanın məlum olmasından sonra start götürüb.

Mayın 9-da Tavuşdan İrəvana yürüşə rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın baş naziri Nikol Paşinyanı istefaya çağırıb.

İyun ayında etirazlar dayandırılıb, lakin hərəkat payızda aktiv siyasi mübarizəni bərpa etmək niyyətində olduğunu bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR