İnsanlara hürriyət, millətlərə istiqlal!

Kelloq: ABŞ Ukraynanı Rusiya ilə sülhə məcbur etmək niyyətində deyil

Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə sülh razılaşmasına məcbur etməyəcək.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq Brüsseldə NATO-nun mənzil-qərargahında keçirilmiş mətbuat konfransında bildirib.

“Heç kim Volodimir Zelenskiyə sülh razılaşmasına məcbur etməyəcək”, – o söyləyib.

Kelloq həmçinin qeyd edib ki, bu həftə Kiyevə səfər etmək və Ukrayna lideri ilə görüşmək niyyətindədir.

Xüsusi elçi vurğulayıb ki, Ukrayna ilə bağlı danışıqlarda iştirak etməkdə israr edən Avropa müttəfiqləri ilə danışsa da, “hamını danışıqlar masasına oturtmaq mümkün deyil”.

Xatırladaq ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətlərinin görüşü keçiriləcək və burada Ukrayna nizamlanması da müzakirə olunacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR