İnsanlara hürriyət, millətlərə istiqlal!

Kaladze Rusiyaya qarşı “İkinci cəbhə” tərəfdarlarından danışdı

Gürcüstanın hakim partiyası “Gürcü Arzusu – Demokratik Gürcüstan”ın baş katibi, Tbilisinin meri Kaxa Kaladze bəzi Qərb nümayəndələrinin Gürcüstan hökumətindən Rusiyaya qarşı “ikinci cəbhə” açmağı tələb etdiyini bildirib.

Musavat.com xəbər verir ki, Kaladzenin sözlərinə görə, hökumətin bəzi iclaslarında Qərb rəsmiləri açıq şəkildə təzyiq göstərərək Gürcüstanı müharibəyə cəlb etməyə çalışıblar.

“Biz müəyyən dövrdə bu barədə açıq danışmaqda çətinlik çəkirdik. Məsələn, baş nazirin kabinetində, partiya sədrinin iştirakı ilə onlar sərt və təzyiqedici tonda danışır, Gürcüstanda "ikinci cəbhə" açılmasına çağırırdılar”, – deyə Kaladze vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR