İnsanlara hürriyət, millətlərə istiqlal!

AAYDA-nın 50 milyon nizamnamə kapitalı olan şirkətinin külli miqdarda borcu var

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərən “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin külli miqdarda borcu yaranıb.

Musavat.com xəbər verir ki, MMC-nin 1 milyon 400 min manat vergi borcu yaranıb.

1995-cü ildə yaradılan “Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru Zaur Həmzəyevdir.

Qeyd edək ki, MMC daha əvvəl İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə də cərimə edilib.

Həmçinin MMC-yə qarşı vergi hesablarını vaxtında təqdim etmədiyinə görə sanskiyalar da tətbiq edilib.

Bildirək ki, MMC-nin niamnamə kapitalı 50 milyon manata yaxındır.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR