Onlayn ictimai-siyasi qəzet
Ermənistanın üçüncü prezidenti, Xocalı qatili Serj Sarkisyan Qarabağda separatçı hərəkatın başlamasının 37-ci ildönümü münasibətilə müraciət yayıb.
Sarkisyan erməniləri indiki hakimiyyətin ideologiyasını rədd etməyə, müharibəyə hazırlaşamağa çağırıb.
Sarkisyan yazır: "Yaddaş bizim gücümüzdür, Yaddaş bizim irəlilədikcə bələdçimizdir, Yaddaş hərəkət etmək iradəmizdir. Yaddaşını gec-tez itirən xalq gələcəyini də itirir".
Xocalı qatili ermənilərin gələcəyə gedən yolda əsas məqamlarını da vurğulayıb:
• dövlət və vətən haqqında yalan və təhlükəli tezisləri qəbul etməmək,
• biganəliyi rədd etmək
• qorxulara qalib gəlmək,
• sayıqlığı itirməmək,
• təhlükələrin dəqiq hesablanması,
• yenidən qələbə qazanmaq.
Bu çağırışdan aydın olur ki, Sarkisyan tökdüyü qandan doymayıb və cəzasız qalacağını güman edir. Görünür Xocalı qatilinin könlündən Bakı həbsxanası keçir. Onun mütləq arzusuna çatdırmaq lazımdır. /Publika.az
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ