Onlayn ictimai-siyasi qəzet
Musavat.com saytı kiberhücuma məruz qalıb.
Musavat.com xəbər verir ki, hücum İran mənşəli haker qrupları tərəfindən təşkil edilib.
Saytın fəaliyyətində fasilələr yaranmayıb.
Qeyd edək ki, bu hadisə təkcə Musavat.com-la məhdudlaşmır. Azərbaycanın bir neçə aparıcı xəbər portalı – Report.az, Oxu.az, Baku.ws, Baku.tv, Media.az və Caliber.az da eyni hücuma məruz qalıb.
Qeyd edək ki, İranın Azərbaycan mediasına qarşı kiberhücumları ilk dəfə deyil. Ötən illərdə də ölkənin müxtəlif xəbər saytlarına oxşar hücumlar qeydə alınıb. Hazırda müvafiq qurumlar hücumların qarşısını almaq və saytların təhlükəsizliyini təmin etmək üçün tədbirlər görürlər.
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ