İnsanlara hürriyət, millətlərə istiqlal!

Krasnodarda xüsusi təyinatlılar uşaq idman zalına basqın edib - Uğursuz miqrant ovu

Rusiyanın Krasnodar şəhərində xüsusi təyinatlı qüvvələr məşq zamanı döyüş sənəti akademiyasına soxularaq uşaqları və valideynləri yerə uzadıblar.

Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, əməliyyat qeyri-qanuni miqrantların axtarışına yönəlib, lakin sonda yalnız sanitar və yanğın qaydalarının pozulması faktlarını aşkar edib.

Reydə məruz qalan döyüş sənətləri akademiyası “Gənc qartallar” adlanır.

Hadisə bir neçə gün əvvəl olsa da, onun barəsində xəbər mediaya bu gün çıxıb. Şərqi Kruqlikovskaya küçəsindəki zalda baş verən insidentin şahidlərinin bildirdiyinə görə, xüsusi təyinatlı əsgərlər içəridə olanların hamısının sənədlərini yoxlayıblar, lakin miqrasiya rejimini pozanların kimliyini müəyyən etməyiblər.

Bundan əvvəl təhlükəsizlik qüvvələri səhvən idman məktəbinin köhnə ünvanına gəlib və orada heç kim tapmayıblar. Sonra onlardan biri təlimçiyə zəng edərək özünü potensial müştəri kimi təqdim edib və məşqə yazılmasını xahiş edib, ünvan istəyib. On dəqiqə sonra təhlükəsizlik qüvvələri zala soxulub.

Daha sonra Daxili İşlər Nazirliyi idman məktəbindəki aksiyanın Fövqəladə Hallar Nazirliyi, Federal Vergi Xidməti, “Rospotrebnadzor” və hərbi komissarlığın iştirakı ilə prokurorluq tərəfindən təşkil edilmiş “profilaktik tədbirlər” olduğunu bildirib. Reyd nəticəsində qanun pozuntuları - kassa aparatının olmaması, sanitar normalara riayət edilməməsi və yanğın təhlükəsizliyi ilə bağlı problemlər müəyyən edilib.

Görünür, kimsə adı çəkilən məkanda miqrantların məşq etdiyi barədə xəbər veribmiş. Hazırda Rusiyada miqrantlara qarşı mübarizə ən şiddətli dövrünü yaşayır və müxtəlif məkanlara reydlərlə müşayiət olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR