İnsanlara hürriyət, millətlərə istiqlal!

“Krokus” teraktına haqq qazandıran qırğıza 3 il həbs cəzası verildi

Moskvada məhkəmə terrorizmə haqq qazandırmaqda ittiham olunan Qırğızıstan vətəndaşı Abdinasir Uul Bekzata hökm oxuyub.

Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, o, 2024-cü ilin aprelində “Krocus Siti Holl” konsert zalına martın 23-də baş verən terror hücumunda şübhəli bilinənlərin dindirilməsi videosunun altında yazdığı şərhə görə üç il həbs cəzası alıb.

İstintaq müəyyən edib ki, A.Bekzat Migrants.ru Telegram kanalında cinayəti törədənlərə dəstək ifadə edən nəşr yerləşdirib. İttihamnamədə bildirilir ki, o, “terror aktı qurbanlarına biganəlik nümayiş etdirib” və yazıb: “Yaraşıqlı, belə hərəkət böyük ruh tələb edir, heyf ki, yaxalanıblar”.

Həmin şəxs 2024-cü ilin noyabrında saxlanılıb, bundan sonra həbs edilib. TASS-ın məlumatına görə, məhkəmədə o, təqsirini boynuna alıb, istintaqla əməkdaşlıq edib, peşman olduğunu bildirib və bu, yüngülləşdirici hal kimi nəzərə alınıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR