İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Ağalarov Daşkənddə Şavkat Mirziyoyevlə görüşdü – “Sea Breeze–Özbəkistan” layihəsində rəsmi start verildi

Azərbaycanlı iş adamı və sənətçi Emin Ağalarov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Tashkent International Investment Forumda iştirak edib.

Musavat.com xəbər verir ki, Emin Ağalarov tədbir çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb və bu görüşdən kadrları sosial şəbəkə hesabında paylaşıb.

Ağalarov paylaşımında bildirib ki, forum çərçivəsində məşhur mədəni-turizm layihəsi olan Sea Breeze–Özbəkistan təşəbbüsünə rəsmi olaraq start verilib. Bu layihə Azərbaycanın Xəzəryanı bölgəsində uğurla tətbiq edilən və indi də Özbəkistanda reallaşdırılması planlaşdırılan çoxprofilli bir mədəni-sosial platformadır.

Emin və Mirziyoyev arasında səmimi dialoq

Paylaşılan görüntülərdə Emin Ağalarovla Prezident Şavkat Mirziyoyevin səmimi dialoqu və əl sıxması əks olunub. Görüş zamanı Özbəkistan rəhbərliyi ilə gələcək əməkdaşlıq imkanları müzakirə olunub, “Sea Breeze”in bu ölkədə tətbiqi ilə bağlı texniki və strateji detallara toxunulub.

Emin Ağalarov forumun yüksək səviyyəli iştirakçısı kimi çıxışında qeyd edib ki, layihə artıq Özbəkistanda həyata keçirmək mərhələsinə keçib və növbəti addım infrastrukturun formalaşdırılması və mədəni tədbirlərin təşkili olacaq.

Musavat.com nə yazmışdı?

Musavat.com daha əvvəl Emin Ağalarovun “Sea Breeze” konsepsiyasını Azərbaycandan kənara çıxarmaq, xüsusilə Türk dövlətləri içərisində yaymaq planları barədə məlumat vermişdi. Bu çərçivədə Özbəkistan ən prioritet istiqamətlərdən biri kimi göstərilirdi. Emin Ağalarovun Daşkənddəki bu səfəri və dövlət başçısı ilə birbaşa təması bu niyyətin artıq reallığa çevrildiyini göstərir.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR