Onlayn ictimai-siyasi qəzet
İsrail İrana qarşı hərbi əməliyyat hazırlıqlarını yekunlaşdırıb: ABŞ da xəbərdar edilib
ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olduğuna dair məlumat alıb.
Musavat.com xəbər verir ki, məlumatı Amerikanın CBS telekanalı yayıb. Telekanalın mənbələrinə görə, “ABŞ rəsmilərinə İsrailin İrana qarşı əməliyyat keçirməyə tam hazır olduğu barədə məlumat verilib”. Amerika tərəfinin bu məlumatı dəqiq haradan aldığı göstərilmir.
“Birləşmiş Ştatlar gözləyir ki, İran qonşu İraqdakı bəzi Amerika obyektlərinə cavab zərbəsi endirə bilər”, - telekanalın saytında dərc olunan məqalədə qeyd edilir. Bildirilir ki, Dövlət Departamentinin Amerika səfirliyinin bəzi əməkdaşlarına ərəb ölkəsini tərk etmə əmri verməsinin səbəblərindən biri də budur.
Telekanal qeyd edir ki, gərginliyə baxmayaraq, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff hələ də Tehranın nüvə dosyesi ilə bağlı danışıqların növbəti raundu üçün İran nümayəndələri ilə görüşməyi planlaşdırır.
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ