Onlayn ictimai-siyasi qəzet
İşini itirən, universitetdən xaric edilən və barmaq izi müayinəsindən keçməyən miqrantlar Rusiyanı tərk etməlidirlər.
Milli.Az xəbər verir ki, bunu Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev deyib.
"Küçələrdə və ya yaşayış sektorunda qeyri-qanuni miqrantlar olmamalıdır. İşini itirən, universitetdən xaric edilən, barmaq izi alınmayan, dil öyrənməyən və Rusiya cəmiyyətinə heç bir faydası olmayanlar ölkəmizi tərk etməlidirlər", - nazir bildirib.
Xatırladaq ki, fevralın 5-dən Rusiyada qeyri-qanuni olan əcnəbilərin ölkədən çıxarılması ilə bağlı miqrasiya rejimi qüvvəyə minib. Bu tədbirlər çərçivəsində, qanunsuz miqrantlar xüsusi reyestrə daxil ediləcəklər və sözügedən reyestr bir sıra məhdudiyyətlər, qadağalar, eləcə də deportasiyanı nəzərdə tutur.
Sözügedən miqrasiya rejimi çərçivəsində qanunsuz miqrantların ayrı-ayrı hüquq və azadlıqlarının məhdudlaşdırılması nəzərdə tutulur. Onlar, əsas olaraq daxili işlər orqanlarının icazəsi olmadan yaşayış və yaxud müvəqqəti qalma yerini dəyişə, yaşadığı regiondan kənara çıxa, nəqliyyat vasitəsi idarə edə, daşınmaz əmlak ala, bankda depozit aça və yaxud digər bank əməliyyatları həyata keçirə bilməyəcəklər.
Bununla yanaşı, 2025-ci il yanvarın 1-dən Rusiya Federasiyasında əcnəbilərin 10-dan çox abonent nömrəsini öz adlarına qeydiyyatdan keçirməsinə qadağa qoyulub.
13 Iyun 2025
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ