İnsanlara hürriyət, millətlərə istiqlal!

Rövşən Didavari YÜKSƏK VƏZİFƏYƏ təyin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat olub.

Musavat.com Banker.az-a istinadən xəbər verir ki, Rövşən Tofiq oğlu Didavari 2025-ci ilin may ayından etibarən Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub.

Ona qədər bu vəzifədə Yusif Eyvaz oğlu Əkpərov idi.

O, 1993-1997-ci illərdə Ali Diplomatiya Kollecində Hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili, 2008-2010-cu illərdə isə Qərb Universitetində Jurnalistika ixtisası üzrə magistratura təhsili alıb.

1991-1992-ci illərdə Bakı Dövlət Universitetinin nəşriyyatında cildçi-çapçı vəzifəsində çalışıb. 1992-1996-cı illərdə "Qayğı" Kooperativində müxtəlif vəzifələrdə işləyib. 1997-2001-ci illərdə "Xalq qəzeti"nin İctimai-siyasi həyat şöbəsində baş müxbir kimi fəaliyyət göstərib. 2001-2002-ci illərdə "Media LTD" şirkətinin "Bizim əsr" qəzetində analitik şöbədə müxbir vəzifəsində çalışıb.

2003-2006-cı illərdə Bakı-Tbilisi-Ceyhan Cənubi Qafqaz Boru Kəmərləri layihəsində, "Consolidated Contractors International CO (CCIC)" şirkətinin Nəqliyyat departamentində koordinator kimi fəaliyyət göstərib.

2006-2020-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mərkəzi Aparatında İctimaiyyətlə Əlaqə İdarəsinin Mətbuat Xidməti şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2021-2022-ci illərdə AMEA Tarix İnstitutunun Tərcümə və nəşriyyat işləri şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 2022-ci ildə AMEA Tarix İnstitutunun Elmi informasiya şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb.

2022-2023-cü illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Müraciətlərə baxılması departamentinin Qəbul şöbəsində mütəxəssis, 2023-2024-cü illərdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın Müraciətlərə baxılması departamentinin Yazılı müraciətlərə baxılması şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb.

2024-2025-ci illərdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın Müraciətlərə baxılması departamentinin Hərbi rütbəli şəxslərin müraciətlərinin cavablandırılması şöbəsində böyük mütəxəssis kimi fəaliyyət göstərib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR