İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağ yəhudilərinin qəribə adətləri: Elektron əşyalara qadağa

Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Quba ərazisində dağ yəhudilərinin kompakt yaşadıqları Qırmızı qəsəbəyə səyahət edilib.

Qırmızı qəsəbə 7 məhəllədən ibarətdir: Kulqat, Qusar, Qarçoq, Giləki, Ağacani, Çəpkəni və Mizrahi. Bu kvartallar, əslində, qəsəbəyə köçən dağ yəhudilərinin gəldiyi ərazini və soylarını göstərir.

Verilişdə musiqiçi, tarzən, Qırmızı qəsəbə bələdiyyəsinin keçmiş sədri, prezident təqaüdçüsü Nisim Nisimov dağ yəhudilərinin maraqlı toy adətlərindən bəhs edib.

"Bizdə toy günü bəy gəlini gətirmək üçün qızın evinə piyada yollanır. Qadınlar da əllərində şamla onun arxasınca gedirlər. Qız evinə çatanda bəyin dostları nəsə oğurlayıb gəlinin atasına satırlar. Gəlin gələndə bəyin anası, bibisi və ya xalası onun əlini bala batırıb qapıya vurur, sonra da içəri girirlər", - deyə o bildirib.

Ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR