Onlayn ictimai-siyasi qəzet
İstanbulda baş verən zəlzələ böyük təşvişə səbəb olub.
Musavat.com xəbər verir ki, İstanbulda baş verən zəlzələ nəticəsində 151 nəfər xəsarət alıb. Bu barədə şəhər valiliyinin rəsmi açıqlamasında bildirilib.
Zəlzələ şəhərin müxtəlif bölgələrində hiss edilib və bir çox insan çaxnaşma içində küçələrə axışıb. Valilikdən verilən məlumata görə, hazırda hadisə nəticəsində həyatını itirən yoxdur.
"Təşviş nəticəsində hündürlükdən tullanaraq xəsarət alan 151 vətəndaşın müalicəsi davam edir. Onların həyatı üçün heç bir təhlükə yoxdur. İnsan tələfatı və dağıntı qeydə alınmayıb. Fatih rayonunda tərk edilmiş bina çöküb", - məlumatda bildirilib.
Musavat.com
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ