Onlayn ictimai-siyasi qəzet
"Atam rəhmətə gedəndən sonra 17 yaşımda bir qohumumuzun yanında işləməyə gəldim. Sonra o getdi, mən müdir oldum. Obyektin qarşısına meyvə qoyub satdım, məkanı da çayxana elədim”.
Musavat.com xəbər verir ki, bu sözləri meyxanaçı Ələkbər Yasamallı “Qapqara” layihəsində deyib. O bildirib ki, Hacıbala Abutalıbov onu aldadıb:
“Bir müddət keçdi, yemək bişirtdirib, kafe elədim. Sonra oranı dövlət adı ilə sökdülər, qırmızı xəttə düşdü. Hacıbala müəllim (red. Bakının eks meri Hacıbala Abutalıbov) gəldi, dedi sökək, sonra daşdan tikərsiniz. Əslində, mən imkan vermirdim, dedi ki, oğlum, narahat olma, icazə verəcəyəm, daşdan tikəcəksən. Sözünə də əməl elədi. Neçə il sonra oğluna həmin məhəllədə 5 mərtəbəli çayxana tikdi. Hazırda 5 mərtəbəli “Jasmin" restoranı onun oğlunundur”.
Könül
Musavat.com
24 Aprel 2025
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ