İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğlunun Mətanət İsgəndərlidən istəyi

"Oğlum Kərim deyir ki, ana, dostlarını sına. 35 ildir kim səni çağırıb təmənnasız getmisən. Bəlkə də getdiyim toyların 30 faizindən pul almıram. Deyir, dostların üçün canını qoymusan, bizi də arxanca sürüyürsən. Bir dəfə sına onları. Hər yerə oğlum və bacım mənimlə gedir. Məndə zəng vurub kimdənsə nəsə istəmək olmayıb. Onda bilinəcək ki, kim gerçəkdən dostundur".

Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "İncə səhər" verilişində deyib.  Müğənni oğlu Kərimin ondan istəyindən danışıb. 

Solo konsertə hazırlaşan sənətçi "Sponsorum yoxdur. Hər şeyi özüm edirəm. Heç vaxt risk etmirdim, amma özümə dedim ki, bu riskə gedəcəyəm" sözlərini əlavə edib.  (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR