İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricdən mobil telefon gətirənlərin nəzərinə

Xaricdən mobil telefon gətirərkən bəzi vacib qaydalara əməl olunmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ölkəyə gətirilən mobil telefon və digər simsiz rabitə vasitələri mütləq şəkildə gömrükdə bəyan edilməlidir.

Dövlət Gömrük Komitəsindən cavab olaraq bildirilib ki, rüsumdan azad olmaq üçün limit var. Şəxsi istifadə üçün xaricdən mobil telefon gətirən vətəndaşlar üçün bəzi güzəştlər nəzərdə tutulub.

Belə ki, hər ay bir dəfə olmaqla, 800 dollaradək dəyəri olan telefonlar şəxsən gətirildikdə, 300 dollara qədər olan telefonlar isə poçt və ya kuryer vasitəsilə göndərildikdə gömrük rüsumundan azaddır. Bu məbləğlərdən artıq dəyəri olan cihazlara isə gömrük rüsumu tətbiq olunur və onlar rəsmi qaydada rəsmiləşdirilməlidir.

Telefonu necə bəyan etməli?

Telefonlar sadələşdirilmiş gömrük bəyannaməsi ilə bəyan olunmalıdır. Bəyan elektron şəkildə əvvəlcədən, yaxud ölkəyə daxil olduqdan sonra kağız və ya elektron formada təqdim oluna bilər. Hətta poçt və ya kuryerlə göndərilən telefonlar da bu qaydadan kənarda deyil.

Qeyd edək ki, telefon gömrükdə bəyan edilməzsə, vətəndaşı ciddi sanksiyalar gözləyir. Məlumata görə, dəyəri 50 min manatdan azdırsa, cihaz müsadirə edilə bilər və ya 40-60% arası cərimə tətbiq oluna bilər. Dəyəri 50 min manatdan çoxdursa, bu zaman məsələ cinayət məsuliyyəti ilə nəticələnə bilər.metbiat.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR