Onlayn ictimai-siyasi qəzet
"Qəbələ" yeni forvardla güclənib.
Bölgə klubu israilli hücumçu Osama Xalailanı heyətinə qatıb.
Bütün detallarda razılıq əldə olunan forvardla 1+1 illik müqavilə imzalanacaq.
25 yaşlı futbolçunun karyerası bütünlüklə ölkəsinə bağlıdır. Ön xətt oyunçusunun son klubu "Makkabi" (Təl Əviv) olub.
Ötən mövsüm meydana çıxdığı 26 matçda 2 qol, 3 asistlə yadda qalıb.
Ümumilikdə isə karyerası ərzində keçirdiyi 150 görüşdə aktivinə 27 qol, 13 asist yazdıra bilib.
Ölkəsinin bütün aşağı yaş qruplarında oynamış forvard əsas milli komanda da 1 dəfə forma geyinməyə imkan tapıb.
SPORTİNFO.AZ
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ