İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı deputat Rusiyaya ballistik raketlər və PUA-ların tədarükünü təsdiqlədi - SENSASİYA

"Biz ehtiyaclarımızı ödəmək üçün barter etməyə məcburuq, o cümlədən soya və buğda idxalı edirik. Barterin bir hissəsi raketlərin göndərilməsini, digər hissəsi isə Rusiyaya hücum pilotsuz təyyarələrinin (PUA) göndərilməsini əhatə edir".

Musavat.com İran Beynəlxalq Agentliyinə istinadən xəbər verir ki, bu fikri deputat Əhməd Baxşaiş Ərdəstanin deyib.

Deputat bildirib ki, onlar buna məcburdurlar.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyi və İranın BMT-dəki səfiri Rusiyaya ballistik raketlərin tədarükü ilə bağlı Qərb mətbuatında yayılan xəbərləri təkzib etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR