Onlayn ictimai-siyasi qəzet
REAL Partiyasının sədri İlqar Məmmədov sədrlikdən istefa verdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, o, istefasına səbəb kimi aşağıdakı arqumentləri göstərib.
İlqar Məmmədovun sosial mediadakı qısa açıqlamasını təqdim edirik:
"MSK bu gün təqdim etdiyim əsas arqumentləri və sübutları kənara qoyaraq, dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair şikayətimi rədd etdi. Nəticə etibarı ilə ötən il söz verdiyim kimi, REAL Partiyasının lideri vəzifəsindən istefa verdim. Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitə REAL Partiyasına yeni rəhbər seçəcək. Həmin ərəfədə yekun video müraciətim də olacaq".
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ