Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət Effektivliyi Departamentinin rəhbəri və sahibkar İlon Mask kanadalılar tərəfindən başladılan petisiyaya sərt reaksiya verib.
Musavat.com xəbər verir ki, petisiyada onun Kanada vətəndaşlığından məhrum edilməsi tələb olunur.
Mask bu məsələ ilə bağlı “Kanada saxta ölkədir” sözlərini “X” də yazaraq mövqeyini bildirib.
Məlumata görə, onlayn petisiyada 160 mindən çox kanadalı Maskın ölkənin maraqlarına ziyan vurduğunu və seçkilərə müdaxilə etdiyini iddia edir. 1989-cu ildə Kanada vətəndaşlığı almış milyarder, həmçinin, Kanada suverenliyini sarsıtmağa çalışan xarici hökumətin fəaliyyətində iştirak etməkdə günahlandırılır.
Musavat.com
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ