İnsanlara hürriyət, millətlərə istiqlal!

İllər sonra gələn etiraf: “Hülya mənə əsgərlikdə olarkən xəyanət etdi”

Türkiyəli müğənni Coşkun Sabah illər öncə eşq yaşadığı həmkarı Hülya Avşarla bağlı etirafı ilə gündəmə gəlib.

Oxu.Az-ın xəbərinə görə, Coşkun Sabah Hülya Avşarın əsgərlikdə olarkən onu köhnə futbolçu Tanju Çolakla aldatdığını bildirib.

“Əlbəttə kədərlənirəm, çox peşman oldum. Hansı insan kədərlənməz? Hülya mənə əsgərlikdə olarkən xəyanət etdi. Əsgərlikdən sonra üz-üzə görüşmək istəmədim. Bu heç də asan deyil”, - deyə Coşkun əlavə edib. 

O, xəyanətdən sonra Hülya Avşarı bağışladığını da dilə gətirib.

Qeyd edək ki, Hülya Avşar bir zamanlar sevgilisi olduğu Coşkun Sabah əsgərliyə getdikdən sonra evli və körpəsi olan futbolçu Tanju Çolakla eşq yaşayıb.

Məhəllə camaatının Tanju Çolak və Hülya Avşarın bir-birinin ardınca bir mənzilə girdiklərini jurnalistlərə bildirmələrindən sonra həqiqət üzə çıxdı. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR