İnsanlara hürriyət, millətlərə istiqlal!

İlkinin yaxınlarının ölümü ilə bağlı TƏFƏRRÜATLAR - FOTO

Xəbər verdiyimiz kimi, müğənni İlkin Fuadın anası və nənəsi dəm qazından boğularaq dünyasını dəyişib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, dəhşətli hadisə Xəzər rayonu Buzovna qəsəbəsində baş verib.

Fevralın 25-i saat 23 radələrində 1938-ci il təvəllüdlü Südabə Səməd qızı İsmayılova və qızı 1962-ci il təvəllüdlü Sevda Həsrət qızı Əhmədova yaşadıqları Buzovna qəsəbəsindəki evin hamam otağında dəm qazından zəhərlənib.

Onlar hadisə yerində ölüb.

Vəfat edən S.Əhmədova müğənni İlkin Fuadın anası, 87 yaşlı Südabə İsmayılova isə onun nənəsidir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR