İnsanlara hürriyət, millətlərə istiqlal!

İçərişəhərə girişin bağlanması təklifinə - REAKSİYALAR

Qoşa Qala Qapıları qarşısındakı meydan və Əziz Əliyev küçəsindən əlavə, avtomobil sayının çoxluğu İçərişəhərin daxilində də xaotik vəziyyət yaradır. Bu, İçərişəhərin tarixi ruhuna mənfi təsir göstərir, çoxsaylı qonaqların burada cəmləşən görməli məkanlara marağının daha da artmasına, onların Bakının mərkəzində rahat gəzməsinə və istirahətinə mane olur. Bundan başqa, İçərişəhərdə mövcud parklanma yerləri geniş ərazini əhatə edir, ətrafda yerləşən tarixi binaların görkəmini korlayır, dar qədim küçələrdə nəqliyyatın sıx hərəkəti isə piyadaların, o cümlədən turistlərin təhlükəsizliyinə təhdid, səs-küy isə sakinlər üçün narahatlıq yaradır. Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində şəhər sakinləri və qonaqların hərəkətinin təhlükəsizliyini və rahatlığını artırmaq məqsədilə İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı mühüm dəyişikliklər təklif edilir.

Bu fikirləri Report.az-a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin (AYNA) sədri Anar Rzayev deyib.

“Mütəxəssislərimiz bu ərazidəki vəziyyəti ətraflı öyrənib, mənzərəni tam araşdırmaq üçün uzun müddət hərəkətin intensivliyinin monitorinqini həyata keçirib və nəqliyyat üzrə xüsusi proqram təminatı vasitəsilə simulyasiya da təşkil ediblər. Müfəssəl təhlillər əsasında AYNA tərəfindən təkliflər hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. İslahatlar İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılmasını, Qoşa Qala Qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılmasını, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin məhdudlaşdırılmasını, burada piyada zonası və mikromobillik zolaqlarının yaradılmasını, eləcə də İçərişəhər ərazisinin sakinlərin və ərazidəki diplomatik nümayəndəliklərin avtomobilləri istisna olmaqla, bütün avtomobillərin hərəkəti üçün bağlanmasını nəzərdə tutur”, - o bildirib.

Bakıda nəhəng piyada zonası yaradılacaq' — Anar Rzayev

A.Rzayev deyib ki, İçərişəhər sakinləri və bu ərazidə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin avtomobilləri nömrətanıma sistemi ilə əraziyə daxil ola biləcək:

“Digər hamı üçün nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması bir sıra üstünlüyə malikdir. Bu, avtomobillərin sayını, səs-küyü azaltmaqla İçərişəhər sakinlərinin və qonaqların rahatlıq və təhlükəsizlik səviyyəsini yüksəldəcək və digər amillərlə yanaşı, paytaxtın əsas görməli yerlərindən birinin qorunub saxlanmasına töhfə verəcək.
Həmçinin ən əsası avtomobillərin hərəkətinin məhdudlaşdırılmasının müsbət cəhətlərdən biri də odur ki, tarixi abidələrin aşınmasının, infrastrukturun tez köhnəlməsinin qarşısını alacaq.

Natiq Cəfərli ReAL partiyasının yeni sədri seçildi

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri Natiq Cəfərli bunu doğru qərar hesab edir: “Çoxdan atılmalı addımdır, dəstəkləyirəm. “Formula 1” yarışları İçərişəhərin Qala divarlarına ziyan vurur, onillər sonra gələcək nəsillər bu yarışların keçirilməsi zamanı tarixi abidələrə vurulan ziyan üçün hamımızı qınayacaqlar, ona görə də, tarixi abidələrə əlavə yük düşməsin deyə İçərişəhərə kənar avtomobillərin girişinə qoyulan qadağa doğru qərardır. Amma burada bir məsələni öncədən həll etmək lazımdır, bizdə çox zaman qərarlar alınarkən, “qulağı kəsib sonra saymaq”, prinsipi önə çıxır. İndidən İçərişəhərdə fəaliyyət göstərən kiçik-orta sahibkarlıq obyektlərinə, mağaza, kafe və otellərə ziyan dəyməsin deyə, onların təhcizatını həyata keçirən avtomobillərə giriş icazəsi verilməlidir, amma təhcizatçı şirkətlər də İçərişəhərin özəlliyini nəzərə alıb o bölgədə çalışmaq üçün daha kiçik həcmli yük maşınlarından istifadə etməlidirlər. Kiçik-orta sahibkarlar böyük yük altında çalışırlar, İçərişəhərin turizm obyektlərinin təhcizatı problemə çevrilsə, həm ziyana düşəcəklər, həm də çoxsaylı turisti qonaqlamaq işi axsayacaq. Bu durum quru sərhədlərin bağlı qalmasından əziyyət çəkən turizm sektoruna əlavə zuyan vura, turistləri narazı salan faktora çevrilə bilər...”

Ermənilər çirkin hərəkətlərinin acısını yaşayırlar” ÖZƏL-MÜNASİBƏT »  www.DIASPOR.info


Milli Məclisin komitə sədri Tahir Rzayev isə Pravda.az-a açıqlamasında deyib ki, bütün ölkələrdə turistlərin gəzdikləri zonalar, kitabxanalar, muzeylər, parklar və s. pulludur, vəsait həmin yerlərin qorunmasına, abadlaşdırılmasına əlavə vəsait sərf olunur: “Buna görə də İçərəhərə də giriş müəyyən qiymətlərlə ölçülməlidir. Amma qiymətlər münasib olmalı, insanları narazı salmamalıdır. Gələn turistləri də qane etməlidir. Eləcə də rayonlardan gələn vətəndaşlarımız da İçərişəhərdə gəzirlər. Buna görə də qiymətlər qaneedici olmalıdır. İçərişəhər Azərbaycanın tarixidir, unikal bir ərazidir. Əlbəttə ki, bu ərazinin qorunması, tarixi-mədəni abidələrin mühafizə edilməsi hər bir vətəndaşın borcudur. Bu istiqamətdə həyata keçirilən hər bir müsbət tədbir alqışlanmalıdır. Çünki İçərişəhərə hər gün saysız-hesabsız turist, xarici qonaq gəlir, tariximizlə, mədəniyyətimizlə, məişətimizlə yaxından tanış olurlar. Belə halda İçərişəhərdə sakitliyi təmin etmək, turistlərin rahatlığına imkan yaratmaq, onların Azərbaycanın bu unikal ərazisi ilə tanış olmaları üçün şəraiti təmin etmək vacib və əhəmiyyətlidir. Buna görə də İçərişəhərə maşınların buraxılmaması, burada nizam-intizamın bərpa edilməsi müsbət qarşılanmalıdır. Yaxşı haldır ki, bu qərar sadə vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilir. Çünki İçərişəhərə gələnlər həm də milli-mənəvi dəyərlərimizə qiymət verirlər. İnsanların davranışı, gediş-gəliş, qonaqlara münasibət, demək olar ki, dəyərlərimizə yeni qiymətin ifadəsi ola bilər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR