İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətər və Misir İsrail və HƏMAS-a uzunmüddətli atəşkəs təklif edir

Qətər və Misir İsrail və HƏMAS arasında 5-7 il müddətinə uzunmüddətli atəşkəs təklif edib.

Musavat.com xəbər verir ki, bu barədə BBC News danışıqlarda iştirak edən yüksək vəzifəli fələstinli məmura istinadən məlumat yayıb.

Onun sözlərinə görə, plana hərbi əməliyyatların dayandırılması, İsrail həbsxanalarında saxlanılan fələstinli məhbuslarən müqabilində bütün israilli girovların azad edilməsi, münaqişəyə rəsmi son qoyulması və İsrail qüvvələrinin Qəzza zolağından tamamilə çıxarılması daxildir.

Həmçinin mənbənin sözlərinə görə, HƏMAS Qəzza zolağına nəzarəti milli və regional səviyyədə razılaşdırılacaq istənilən Fələstin strukturuna verməyə hazır olduğunu bildirib.

İsrail hələlik vasitəçilərin çatdırdığı təklifə münasibət bildirməyib.

Qətər-Misir təşəbbüsü HƏMAS-ın İsrailin qrupun tərksilahı müqabilində altı həftəlik atəşkəsə çağıran planını rədd etməsindən bir neçə gün sonraya təsadüf edir.

Qəzza zolağında döyüşlər iki aylıq nisbi sakitlikdən sonra martın 18-də yenidən başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR