Onlayn ictimai-siyasi qəzet
Azərbaycan vətəndaşı, müəllimə Zivər Nadirəli qızı Rüstəmli rəsmi müqavilə bağlayıb və mənzil alıb.
2022-ci ilin noyabrında bağlanan alqı-satqı müqaviləsinin şərtlərinə görə, Zivər Rüstəmli 1 ay sonra aldığı yeni mənzilə köçməli imiş. Lakin satıcı tərəfin hərəkətləri səbəbindən hələ də aldığı mənzil Zivər Rüstəmli üçün əlçatmazdır.
Zivər Rüstəmlinin Ali Məhkəmənin, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ünvanladığı məktubdan belə aydın olur ki, süni şəkildə uzadılan məhkəmə prosesləri, verilən əsassız vəsatətlər onun mənzilinə qovuşmasına mane olur. Buna görə də onun məhkəmə çəkişmələrini nəzarətə götürülməsini xahiş edir.
Zivər Rüstəmli müraciətində yazır:
“Süleyman Məhəmməd oğlu Süleymanovla 22 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlayaraq, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xaməmmədov küçəsi 6 saylı evin 10-cu mənzilini 106 min 190 manat almışam. Həmin mənzilin üzərində alıcı kimi mənim, yəni Zivər Rüstəmlinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 11 yanvar 2023-cü il tarixdə qeydiyyata alınaraq, RX seriyalı, 1122191921 nömrəli çıxarışla rəsmiləşdirilib.
Tərəflər arasında bağlanmış 22 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 11-ci bəndində müəyyən olunan şərtə əsasən, satıcı-cavabdeh mənzili 22 dekabr 2022-ci ilədək faktiki olaraq alıcıya təhvil verməyi öhdəsinə götürüb. Lakin hazırda həmin müqavilə üzrə cavabdeh Süleyman Süleymanov tərəfindən öhdəlik yerinə yetirilmədiyindən bu məhkəmə mübahisəsinə səbəb olub.
Satıcı Abazər Hüseyn oğlu Fətəliyev, onunla əlbir olan Süleyman Süleymanov süni məhkəmə mübahisələri yaratmaqla vaxtın uzadılmasına nail olurlar.
Belə ki, iddiaçı olaraq Zivər Rüstəmli cavabdeh Abazər Fətəliyevə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etdim. Mənzilin təhvil verilməsi öhdəliyinin cavabdeh Abazər Fətəliyevin, onun ailə üzvlərinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etdik.
Cavabdehin nümayəndəsi (vəkili) Ağalar Quliyev vəsatət verərək, cavabdehin qeydiyyat ünvanının Naxçıvan MR-nin Ordubad rayonu olduğundan işin aidiyyəti üzrə göndərilməsini xahiş edib.
Sabunçu Rayon Məhkəməsinin 15.05.2023-cü il tarixli qərardadı ilə vəsatət rədd edilib. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4270/2023 saylı 23.06.2023-cü il tarixli qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin 15.05.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılıb. Sabunçu rayon məhkəməsinin 27.09.2023-cü il tarixli, e-2(008)- 3354/2023 saylı qətnaməsi ilə iddia təmin olundu.
Cavabdeh Abazər Fətəliyev qətnamədən apellyasiya şikayəti verdi. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 948/2024 saylı, 21 fevral 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7770/2023 saylı, 22 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh Süleyman Süleymanov apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün, mülki işin baxışdan çıxarılaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınıb.
Sabunçu Rayon Məhkəməsinin 1 mart 2024-cü il tarixli qərardadı ilə qətnamədən cavabdeh Süleyman Süleymanov tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər şikayətinin verilməsi müddətinin ötürülməsi səbəbindən geri qaytarılıb.
2(103)-3551/2024 saylı mülki iş cavabdeh Abazər Fətəliyev tərəfindən apellyasiya şikayətinə baxılmasının davam etdirilməsi üçün yenidən Bakı Apellyasiya Məhkəməsi tərəfindən 12.06.2024-cü il tarixə təyin edilmişdir. Həmin iclasda vəkil Ramiq Axundov Sabunçu rayon məhkəməsinin 27.09.2023-cü il tarixli e-2(008)-3354/2023 saylı qətnaməsindən Süleyman Süleymanovun adından apelyasiya şikayəti ilə birlikdə müddətin keçməsi ilə əlaqədar olaraq müddətin bərpası barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etdiyini bildirib və bununla əlaqədar olaraq mülki işin baxışdan çıxarılması barədə vəsatət verib.
Məhkəmənin 12.06.2024-cü il tarixli qərardadı ilə mülki iş həmin vəsatətə baxılması üçün baxışdan çıxarıldı.
Həmçinin, Sabunçu rayon Məhkəməsinin eyni nömrəli, 26.07.2024- cü il tarixli qərardadı ilə cavabdeh S.Süleymanovun nümayəndəsi və vəkili R.Axundov verdiyi çoxsaylı şikayətlərlə mülki işə düzgün və tezliklə baxılmasına maneçilik yaratması əsasına görə 500 manat cərimə edilib.
Məhkəmənin eyni nömrəli, 26.07.2024-cü il tarixli qərardadından verilmiş şikayət 12.08.24 cü il tarixli qərardadlla təmin olunub, qeyd edilən qərardad ləğv edilib, 11.07.2024-cü il tarixli qərardaddan verilmiş şikayətə baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alındı.
Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3036/2024 saylı 29.04.2024-cü il tarixli qərardadı ilə cavabdeh Süleyman Süleymanovun nümayəndəsi Ramiq Axundov tərəfindən verilmiş şikayət təmin edildi, Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3354/2023 nömrəli, 17.09.2024-cü il tarixli qərardadı ləğv edilsin.
Cavabdeh Süleyman Süleymanovun nümayəndəsi (vəkili) Ramiq Axundovun üzərinə qoyulmuş cərimənin götürülməsi barədə ərizəsi təmin edilsin və Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3354/2023 nömrəli, 26.07.2024-cü il tarixli qərardadı ilə onun üzərinə qoyulmuş 500 (beş yüz) manat cərimə götürülüb.
Sabunçu Rayon Məhkəməsinin 11.07.2024-cü il tarixli qərardadı ilə cavabdeh Süleyman Süleymanov apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər prosessual hüquq normalarına uyğun verilmədiyindən geri qaytarılıb.
Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6965/2024 saylı 23.12.2024-cü il tarixli qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin 2(008)-3354/2023 saylı, 11.07.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılıb.
Qətnamədən Süleyman Süleymanov tərəfindən apellyasiya şikayəti verildiyindən yaranmış zərurətlə əlaqədar qeyd edilən mülki işin Sabunçu Rayon Məhkəməsinə göndərilmsi xahiş edilib. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1315/2025 saylı 12.02.2025-ci il tarixli qərardadı ilə mülki iş həmin apelyasiya şikayətinə baxılması üçün baxışdan çıxarılıb.
Hazırda mülki iş Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3354/2024 nömrəli qətnaməsindən Süleyman Süleymanov tərəfindən apellyasiya şikayətinə baxılması üçün Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın icraatındadır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən iş Sabunçu rayon məhkəməsinə göndərilsə də, nədənsə mülki iş məhkəmənin dəftərxanasında gec qeydə alınıb və sanki bu vaxt itkisi Süleyman Süleymanovun xeyrinə hesablanıb.
Digər tərəfdən isə iddiaçı Süleyman Süleymanov alqı-satqı müqaviləsinin tərəfi olmasa da, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehlər Rüstəmli Zivər Nadirəli qızı və qeyrilərinə qarşı Bakıxanov qəsəbəsi, Xəlilbəy Xaməmmədov küçəsi 6 saylı evin 10-cu mənzilinə dair 22.12.2022-ci il tarixdə bağlanmış və 4 saylı ASAN xidmət Mərkəzinin Notraiat Ofisinin Xüsusi notariusu Sidqi Yaqub oğlu Həbibbəyli tərəfindən təsdiq edilmiş AN- 1114345 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair Rüstəmli Zivər Nadirəli qızının adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edib.
Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 1215/2024 saylı 03.04.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməyib.
Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3987/2024 saylı 09.07.2024- cü il tarixli qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1215/2024 nömrəli iş üzrə 3 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.
Nəzərinizə çatdırım ki, hazırkı iş üzrə iddiaçı Süleyman Süleymanov və həmin evdə yaşayan Abazər Fətəliyevin bütün bu hərəkətləri ilə əsassız iddialar qaldırılıb, müxtəlif səpkili vəsatətlərin verilməsi məhkəmə proseslərinin süni surətdə uzadılmasına səbəb olub. Halbuki, Bakıxanov qəsəbəsi Xəlilbəy Xaməmmədov küçəsi 6 saylı evin 10-cu mənzilinə dair 22.12.2022- ci il tarixdə alqı-satqı müqaviləsi bağlasam da, bu günədək həmin mənzildə yaşaya bilmirəm. Bu isə mənim ailəm üçün həm maddi, həm də mənəvi çətinliklərin yaranmasına səbəb olub”.
Zivər Rüstəmli İnam Kərimovdan xahiş edir ki, qarşı tərəfin, vəkillərinin məhkəmənin süni şəkildə uzatmalarının qarşısının alınması üçün addımlar atılsın:
“Vəkil Ağalar Quliyev bizimlə görüşlərdə “istəyəcəyim halda hazırkı mübahisəni 5 il uzada biləcəyini, bizim dediyimiz şərtlərlə razı olmağa məcbursan” kimi ifadələrdən istifadə edir, ona təzyiq göstərməyə çalışır.
Vəkillərin mənim öz yeni mənzilimə qovuşmağım baxımından əlavə maneələr yaratdığını nəzərə alaraq, bu sahədə köməklik etməyinizi, məhkəmələr tərəfindən qeyd edilən nüansları nəzərə almaqla həmin şəxslər və onların vəkilləri barəsində lazımi tədbirlərin görülməsini xahiş edirik”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ