İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hürriyət": "Türkiyə seçkilərə qədər İsveçin NATO-ya üzv olmasını dəstəkləməyəcək"

Türkiyə prezident seçkiləri öncəsi İsveçin NATO-ya daxil olmasını dəstəkləməyəcək.

Konkret.az xəbər verir ki, bu barədə “Hürriyet” öz mənbələrinə istinadən məlumat yayıb.

Türkiyə hakimiyyətinin İsveçin NATO-ya üzvlüyü ilə bağlı mövqeyini ən azı mayın 14-də keçiriləcək prezident seçkilərinə qədər dəyişməsini gözləmək lazım deyil.

Mənbənin məlumatına görə, yanvarın 21-də isveçli siyasətçi Rasmus Palidan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırdıqdan sonra İsveç NATO ölkələri alyansa qoşulmaq üçün “ABŞ və digər dövlətlərin dəstəyinə arxalanmamalıdır”.

İsveçin NATO-ya üzvlük ərizəsinin Türkiyə parlamenti tərəfindən ratifikasiyası perspektivi tamamilə İsveçin Türkiyə ilə terrorizmlə mübarizə və ikitərəfli münasibətlərin normallaşdırılmasına dair imzaladığı memorandumun icrasından, yəni Kürdüstan Fəhlə Partiyasını dəstəkləməkdən imtina etməsindən asılı olacaq.

PKK Türkiyədə terror təşkilatı elan edilib. Türkiyə 130 nəfər PKK-çının ekstradisiyasını İsveçdən tələb edir.

Amma vurğulandığı kimi, istənilən halda bu istiqamətdə hər hansı bir hərəkəti yalnız seçkilərdən sonra gözləmək olar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR