Onlayn ictimai-siyasi qəzet
Yanvarın 24-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfər edib.
Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.
Görüşdə qardaş ölkə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə tərəfdaşlığının regional təhlükəsizliyə verdiyi töhfələrdən və bunun mümkün inkişaf perspektivlərindən danışılıb.
Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
***
Azərbaycan müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyənin Quru Qoşunları komandanı general Səlcuq Bayraktaroğlu ilə görüşüb.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" rəsmi sosial media hesabında məlumat yayıb.
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ