İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, Paşinyanın növbəti hiyləsidir” - ŞOK İDDİA

“Rusiya və Ermənistan XİN rəhbərlərinin son görüşü Ermənistanda bir paytaxtdan digərinə qaçaraq özlərinə üstünlük təmin etməyə çalışan hakim komandanın növbəti “hiyləsi” ola bilər”.

Musavat.com xəbər verir ki, bunu erməni diplomat Vahan Melikyan deyib.

Onun sözlərinə görə, səfərin özü üç ay ərzində hazırlanıb və bu, iki ölkə arasında münasibətlərin tarixində görünməmiş bir hadisədir. Bundan əlavə, səfərdən əvvəl iki əlamətdar hadisə baş verib: ABŞ-la Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması və Avropa İttifaqına qoşulmanın başlanması ilə bağlı qanun layihəsinin parlamentə gətirilməsi.

Melikyanın fikrincə, indiki mərhələdə bu hakimiyyətin manevrləri müəyyən nəticələr verir, lakin belə vəziyyət nəinki əbədi davam edəcək, hətta son nəticədə Ermənistanın mövqelərinin zəifləməsinə gətirib çıxaracaq.

“Beynəlxalq münasibətlərdə proqnozlaşdırıla bilməmək və ölkəyə inamsızlıq yaxşı heç nəyə gətirib çıxarmır. Bu cür manvrlər sonsuz olmayacaq. Bu cür üsullar son nəticədə ölkənin sərt “ya, ya da...” sualı ilə üzləşməsinə gətirib çıxarır, bu da öz növbəsində ölkə üçün ciddi problemə çevrilir, çünki hansı qütbün seçilməsindən asılı olmayaraq, Ermənistan zərər görəcək. Ermənistan tərəflərdən birini seçməklə özünü həmin tərəfin protektoratı altına alır və heç də həmişə öz maraqlarına əsaslanmayacaq müəyyən addımlar atmağa borcludur. Üstəlik, Ermənistan bu mövqedə bərabər şərtlərdə danışa və maraqların müqayisəliliyi ilə oynaya bilməyəcək”, - deyə Vahan Melikyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR